Bu il İsmayıllıda alma bağlarından bol məhsul əldə edilib, lakin alıcısı yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, İsmayıllıda bu il Qızıl Əhmədi almasının bol olması fermerləri sevindirsə də, qiymətlərin aşağı olması onları narahat edir.
Dadına və rənginə görə digər almalardan seçilən tonlarla Qızıl Əhmədi bağlarda məhv olur.
Fermerlərin sözlərinə görə, əvvəlki illərdə kiloqramını 1 manata satdıqları almaya indi 50 qəpiyə də alıcı tapa bilmirlər. Təsərrüfat sahibləri bildirirlər ki, digər növlərin də satışında çətinlik çəkirlər. Onlar Qızıl Əhmədinin alınmamasını məhsul bolluğu ilə əlaqələndirirlər.
Fermerlər deyirlər ki, xarici bazarlara çıxışı təmin etməklə tonlarla məhsulun məhv olmasının qarşısını almaq olar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: