Xəzər Xəbər

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - Sergey Markov liderlərin görüşünü şərh edib - VİDEO

Veb TV | 19:00 • 5 Oktyabr 2019
Azərbaycan-Rusiya münasibətləri inkişaf edir -

Prezident İlham Əliyevin Soçiyə işgüzar səfəri çərçivəsində rusiyalı həmkarı ilə görüşü bir daha iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu göstərdi.

Bu fikirləri "Xəzər Xəbər"ə açıqlamasında Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O əlavə edib ki, hər iki rəhbərinin bir-birilərinə olan böyük ehtiramı münasibətlərin inkişafina təkan verir

Liderlərin görüşünü şərh edən tanınmış politoloq deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Hər iki ölkə arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığın dərinləşməsinə şərait yaradır.

Siyasi ekspert vurğulayıb ki, dövlətlər beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm məsələlərdə ənənəvi olaraq bir-birilərini dəstəkləyir.

Sergey Markov xatırladıb ki, Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edildi və Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi.

Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq ildən-ilə daha da genişlənir.

Sergey Markov əlavə edib ki, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkətin fəaliyyət göstərməsi, Azərbaycanın Rusiyada 1,2 milyard dollar, Rusiyanın Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyması münasibətlərin hansı səviyyədə olduğunun göstəricisidir.

Politoloq qeyd edib ki, dövlətlər arasında münasibətlərin yüksək səviyyədə olması həm də prezidentlərin bir-birilərinə olan hörmət və ehtiramından irəli gəlir.

O bildirib ki, keçirilən hər görüş yeni əməkdaşlıq perspektivləri açır. Bu isə əlaqələrin davamlı şəkildə genişlənməsi və möhkəmlənməsini şərtləndirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar