Xəzər Xəbər

Yevlax sakini yaşı 3 əsrdən artıq olan xalça saxlayır - Bakıda 4 otaqlı evə dəyişməyib - VİDEO

Veb TV | 20:34 • 5 Oktyabr 2019
Yevlax sakini yaşı 3 əsrdən artıq olan xalça saxlayır -

Yevlaxda yaşayan məcburi köçkün qədim xalça və kilimləri öz evində qoruyub saxlayır. Onlardan bəzilərinin 3 əsrdən artıq yaşı var. Qiymətli hesab edilən toxumalardan birinə 4 otaqlı ev təklif edən də olub.

Xezerxeber.az-ın məlumatına görə, müasir dövrdə az-az rast gəlinən farmaş, maraqlı naxışları olan xalça və kilim Kəlbəcərdən məcburi köçkün olan və Yevlaxda məskunlaşan Səxavət Məmmədovun qiymətli əşyalarıdır. 300-350 il öncə toxunan əl işləri bu gün də rəngini və formasını itirməyib. Onlar təmiz yun və təbii boyalardan istifadə edilərək hazırlandığından çox qiymətli hesab edilir.

Səxavət Məmmədovun sözlərinə görə, at və dəvənin üzərinə salınan farmaşı hazırkı dövrdə tapmaq çox çətindir. Qədim əl işi əsasən dağa-Arana köç edən tərəkəmələrin əşyalarını toplayaraq içərisində daşımaq üçün etibarlı vasitə olub. Qədim əl işlərinə Bakıdan 4 otaqlı ev təklif edən də olub.

Səxavət Məmmədov qədim toxuma nümunələrini bundan sonra da qoruyub saxlayacağını deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti