Xəzər Xəbər

Prezident İlham Əliyev Paşinyanın cavabını verdi “Qarabağ Azərbaycandır və nida işarəsi” - VİDEO

Veb TV | 21:02 • 4 Oktyabr 2019
Prezident İlham Əliyev Paşinyanın cavabını verdi

Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu deyiblər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb.

Prezident İlham Əliyev Azərbaycan və Rusiyanın birgə əməkdaşlığı sayəsində şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin getdikcə artdığına diqqət çəkib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Dövlət başçısı çoxsaylı ölkə rəhbərlərinin qarşısındakı nitqində Dağlıq Qarabağ münaqişəsinin tarixi dərinliyinə gedərək tarixi həqiqətləri açıqlayıb və ermənilərin yalanlarla dolu iddialarını faktlarla əsaslandırıb.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayıb və Nikol Paşinyanın iddialarına diqqətçəkən sözlərlə dolğun cavab verib.

 

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış ediblər. Daha sonra Prezident İlham əliyev və tədbir iştirakçıları sualları cavablandırıblar.

 

Xəbər lenti

Çox oxunanlar