Ermənilər növbəti dəfə siyasi təxribata əl atıblar.Bu səfər onlar futbol oyunu zamanı stadion üzərində dronla qondarma "Dağlıq Qarabağ'' rejiminin"bayrağ"ını sallayıblar.
HadisəUEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən gün Lüksemburq şəhərindəki "Josy Barthel" stadionunda keçirilmiş "Düdelanj" - "Qarabağ" oyununda matçın 30-cu dəqiqəsində baş verib.Belə ki, "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla qondarma "Dağlıq Qarabağ" rəhbərliyinin "bayrağ"ı sallanıb.DərhalAzərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər.Yaranan fasilədən sonra oyun davam etdirilib və matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Məsələyə Xarici işlər Nazirliyidə münasibət bildirilib.Nazirliyin mətbuat katibi Leyla Abdullayeva "tvitter" səhifəsində yazaraq bildirib ki, baş vermiş təxribatla bağli vəziyyət araşdırılır.Onun sözlərinə görə azərbaycanın akkreditə olunmuş səfirinə lüksemburq Xarici İşllər Nazirliyi ilə bu məsələ ilə bağlı danışmaq və təxribatın günahkarlarının lazimi məsuliyyətə cəlb olunmalarını tələb etmək tapşırılıb.
Baş vermiş təxribatla bağlıAFFA da bəyanat yayıb.Bəyanatda siyasi təxribata yol verməsi pislənilib. Bildirilib ki,təxminən 20 dəqiqədən bir qədər artıq yaranmışfasilə müddətində lüksemburqun idman naziri insidentə görə lüksemburq hökuməti adından "qarabağ" komandasından və azarkeşlərdən üzr istəyib. "qarabağ" klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə "düdelanj" klubuna və UEFA təmsilçilərinə bildiriblər".AFFA rəhbərliyi təcili şəkildə uefa ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını da ifadə edib.
AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib.AFFA-nın baş katibi Elxan Məmmədov ''Xəzər Xəbər''ə açıqlamasında bildirib ki,stadionda təhlükəsizlik tədbirləri düzgün görülmədiyindən bu hadisə baş verib.
Elxan Məmmədovun sözlərinə görə,UEFA-nın İntizam komitəsi intizam qaydalarına uyğun olaraq klub və stadiona müvafiq sanksiyalar tətbiq etməlidir.
Qeyd edək ki, "Düdelanj" - "Qarabağ" oyununda təxribat törədən şəxslər müəyyənləşib. Təxribatı Ermənistanın "First Armenian Front" fan klubu törədib. Həmin azarkeşlər Belçikadan Lüksemburq paytaxtına gələrək bunu ediblər. Məqsədləri də oyunun yarımçıq dayandırlmasına nail olmaq imiş. Fan-klub bununla bağlı sosial şəbəkələrdə paylaşım da edib.Artıqtəxribatı törədən, 25 min izləyicisi olan"First Armenian Front" səhifəsi azərbaycanlı tərəfdarların çoxsaylı şikayətlərindən sonra feysbuk tərəfindən blok olunub.