Gələn ilin əvvəlində pensiyalar yenidən 14-15 faiz artırılacaqBunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu il orta aylıq əməkhaqqının 14-15 faiz ətrafında artımı gözlənilir. Buna uyğun olaraq da gələn ilin əvvəlində pensiyalar artırılacaq.
Sahil Babayev saxta əlillik məsələsinə də toxunaraq bildirib ki, bu il 2500-ə qədər şəxsin əlillik statusu ləğv olunub. Bunun nəticəsində də dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslər də aşkar olunub. Artıq 800-dək saxta yolla ünvanlı sosial yardım alan şəxs müəyyən edilib. Həmçinin, risk kateqoriyasında olan 3 mindən çox insan var.
Bu qanunsuz işlə məşğul olanlar əsasən fərdi sahibkarlardır. Onlar barəsində məlumatlar tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.