May ayında yaylaqlara gedən sürülər artıq geri qayıdır. Şəkidə çobanlar sürüləri yataqlara gətirir. Çobanlar yaylaqda olanda başlarına gələn hadisələrdən də danışıblar.
Bu il yaylaqlarda yağış və sellər çobanlara mane olmasa da vəhşi heyvanlarçətinliklər yaradıb.
Havaların soyumasıyla əlaqədar hazırda köc prosesi başlayıb.Şəkidə olan çobanlar sürüləri yaylaqdan qışlağa gətirir.Çobanlar təbiət hadisələri baxımından yaylaq mövsümünü uğurlu hesab edirlər.Ən çətin anlar isə sürünü ayı və canavarlardan qoruyan zaman yaşanıb.
Əvvəlki illərdən fərqli olaraq sahibkarlar daha əlverişli, elektrik təchizatı olan yerlər tikiblər.Təsərrüfat sahibləri heyvanların qış tədarükünü də görüblər.
Dağdan qayıdan heyvanlartəmizlənmiş və dezinfeksiy edilmiş fermalara gətirilir.
Köç prosesi xırdabuynuzlu heyvanların qırxılması və cimizdirilməsiyləbaşa çatdırılır.