''Həyata keçirilən islahatlar vətəndaşlara daha keyfiyyətli hüquqi yardım göstərilməsinə xidmət edəcək''. Bunu baş prokuror Zakir Qaralov Bakıda keçirilən"Güclü və nüfuzlu vəkillik - müasir dövrün çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Tədbirdə iştirak edənlər ölkəmizdə hüquq sistemi , vətəndaşlarahüquqi yardımın göstərilməsindən bəhs edib və bu sahədə atılacaq addımlardan danışıblar.
Ölkəmizin davamlı inkişafını təmin etmək üçün aparılan islahatlar məhkəmə-hüquq sistemində də yeni mərhələnin başlmasına şəriat yaradıb. Bunu Baş Prokuror Zakir Qaralov vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində "Güclü və nüfuzlu vəkillik - müasir dövrün çağırışları" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Baş prokuror islahatların məqsədi barədə də danışıb.
Tədbirdə çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov Vəkillər Kollegiyasının infrastrukturunun günbəgün müasirləşməsi, o cümlədən regional vəkil bürolarının yaradılması, hüquqi yardımın təşkili üçün digər mütərəqqi addımları yüksək qiymətləndirməklə yanaşı Azərbaycandakı hakimlik seçimləri barədə də məlumat verib və seçkilərdə vəkillər kollegiyasınında təmsil olunduğunu bildirib.
Ali Məhkəmənin sədri Ramiz Rzayev isə imtahan yolu ilə seçki əsasında vəkillərin sayının artırılmasının cəmiyyətə daha yaxşı hüquqi yardım göstərilməsi üçün vacib olduğunu bildirib.
Tədbirdə çıxış edən vəkillər Kollegiyasının sədri Anar Bağırov da fəaliyyətləri zamanı Aztəminatlı ailələrin daim diqqətdə saxlanıldığını və ötən il 25 min iş üzrə belə şəxslərə pulusuz hüquqi yardım göstərildiyini bildirib.