Prezident administrasiyasının şöbə müdiri Hikmət Hacıyev Valday beynəlxalq diskussiya klubunda prezident İlham Əliyevin çıxışını, xüsusilə bağlı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini şərh edib. O qeyd edib ki, dövlət başçısının bəyanatı həm Paşinyana həm də onun məsuliyyətsiz bəyanatını ətarfında səs küy yaradan qaragüruhçu qüvvələrə tutarlı cavab oldu. Hikmət Hacıyev Soçidə Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündən də danışıb.
Prezident İlham Əliyevin Valday beynəlxalq diskusiya klubunda verdiyi bəyanat həm ermənistana, həm beynəlxalq aləmə, həm də Paşinyanın məsuliyyətsiz bəyantını əldə tutan qaraguruhçulara ən tutarlı cavabdır.Bunu Prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, prezident İlham Əliyev dövlət başçılarının, elm xadimlərinin, beynəlxalq məsələlərin araşdırılması ilə məşğul olan tədqiqat mərkəzlərinin nümayəndələri qarşısında mötəbər bir auditoriyadan azərbaycanın dağlıq qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha ortaya qoydu
Hikmət Hacıyev ölkə prezidentinin Soçiyə işgüzar səfəri çərçivəsində rusiya prezidenti Vladimir Putinlə görüşündən də danışıb. O bildirib ki, görüş zamanı Azərbaycanla Rusiya arasında münasibətlərin strateji əməkdaşlıq xarakterik daşıdığı və ölkələr arasında mehriban qonuşuluq əlaqələrinin olduğu diqqətə çatdırılıb. Bundan əlavə əlaqələrin bundan sonra inkişaf etdirilməsinin vacibliyinə diqqət çəkilib.
Prezident Administrasiyasının şöbə müdiri əlavə edib ki, dövlətlər arasında əlaqələrin yüksək səviyyədə olması həm də dövlət başçılarının bir-birilərinə olan etimadının göstəricisidir.