Bakıda 35 milyonluq narkotik maddə yandırılaraq məhv edilib. Azərbaycana narkotik vasitələrin gətirildiyi marşurutlarıaçıqlayan baş nazirin müavini Əli Həsənovun sözlərinə görə Ermənistanın baş naziri Paşinyan Qarabağda narkotik alveri ilə məşğuldur.Əli HəsənovBMT komissiyasının işğal altında olan Azərbaycan ərazilərində monitorinq aparmaq istədiyini lakin Ermənistan tərəfindən onların oradan qovulduğunu bildirib.
579 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə yandırılıb.
Bildirilib ki, 515 kiloqramdan çox marixuana, 145 kiloqram heroin, 328 kiloqramdan çox tiryək, 62 kiloqram həşiş qətranı, 2 kiloqram 79 qram kokain və 11 kiloqram psixotrop maddəməhv edilib. Yandırılan narkotik vasitələrin qara bazarda ümumi dəyəri 35 milyon manat təşkil edib.Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib ki,son iki ildə ölkə ərazisində narkotik maddələrin dövriyyədən çıxarılması faktı xeyli artıb.
Əli Həsənov onu da bildirdi ki, Azərbaycan ərazisinə narkotik vasitələrin böyük əksəriyyəti Əfqanıstandan gətirilir. Bu da əsasən tranzit olaraq Əfqanıstan- İran-Azərbaycan, Əfqanıstan-Pakistan-İran-Azərbaycanərazisindən keçirilir. Baş nazirin müavini işğal altında olan Azərbaycan ərazilərində Ermənistan hakimiyyətinin narkotik əkib-becərməsi və hətta orda labaratoriya quramalarıməsələsindən də danışıb.
Sözügedən məsələ ilə bağlı dəfələrlə BMT-ə müraciət edilib.Hətta ''BMT''-nin komissiyasının orada monitorinq aparması da istənilib.Amma Ermənistan tərəfi onları ordan qovdu''- deyə Əli Həsənov bildirib.