Sahibləri evdə olmayan evlərə girib oğurluq ediblər.
Paytaxtın Suraxanı rayonunda fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxslər saxlanılıb. Polis əməkdaşları zərərçəkmişlərin şikayəti ilə əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləriRəşid Məlikov və Nəsib Əmirxanovu tutub. Onların ətrafların keçirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, dəstə üzvləri mənzillərdən əsasən kondisioner, kombi aparatları, eləcə də digər məişət əşyaları oğurlayıblar. Oğurladıqları əşyalar isə sonradan hər iki şəxs tərəfindən dəyər-dəyməzinə satılıb.
Yasamal rayonunda isə qadına qarşı soyğunçuluq edilib. Belə ki, zərərçəkən Lətafət Bayramova polisə şikayət edərək bildirib ki, Zivərbəy Əhmədbəyov küçəsində naməlum şəxs ona qarşı zor tətbiq edərək qızıl boyunbağısını ələ keçirilib. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törədən əvvəllər dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakinin Ehtiram Həşimov saxlanılıb. Araşdırmarla Ehtiram Həşiovun paytaxt ərazisində əsasən qadınlara qarşı 10-a yaxın analoji cinayət etdiyi məlum olub.
Hər iki faktla bağlı rayon polis idarələrində cinayət işi başlanıb.