Bərdə rayonunda oğurluqla məşğul olan iki nəfər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayon sakini Mahir Məmiyev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus iribuynuzlu heyvanının oğurlandığı barədə məlumat verilib.
Məlumatlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon sakinləri, əvvəl məhkum edilmişlər Rafiq Xəlilov və Nüsrət Hüseynov saxlanılıb. Onların ümumulikdə vətəndaşlara 5000 manat dəyərində ziyan vurduğu məlum olub. Belə ki R. Xəlilovun və N. Hüseynovun ətrafında davam etdirilən araşdırmalarla 15 sentyabrdan 1 oktyabradək olan müddət ərzində Ağdaş rayonu ərazisində 16 baş xırda buynuzlu və 3 baş iribuynuzlu heyvan oğurladıqları da müəyyən edilib. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.