Xəzər Xəbər

Valideynlər narahatdır: I-III sinif şagirdləri bir yerdə dərs keçirlər - VİDEO

Veb TV | 19:48 • 3 Oktyabr 2019
Valideynlər narahatdır:

Zərdabın Otmanoba kəndində 1 və 3-cü siniflərineyni otaqda dərs keçməsi valideynləri narahat edir. Onlar deyirlər ki, belə vəziyyətdə şagirdlər dərsləri yaxşı mənimsəyə bilmirlər. Rayon təhsil şöbəsinin rəsmisiməsələyə münasibət açıqlayıb.

Eyni otaqda həm 1-ci, həm də 3-cü siniflər dərs keçirlər. Bura Zərdab rayonu Otmanoba kənd orta məktəbidir.

Rayon mərkəzindən 30 km məsafədə yerləşən kəndin məktəbində ibtidai təhsilin ayrı-ayrı siniflərində oxuyan şagirdlər eyni sinifdə dərs keçirlər. Valideynlər bu vəziyyətdə dərsləri mənimsəməyin şagirlər üçün çətin olduğunu deyirlər.

Bir neçə sinfin birləşdirilərək dərs keçilməsi müəllimlər üçün də çətindir. I-III sinif şagirdləri eyni dərsdə oturduqları üçün sinif müəlliməsi dərs müddətini 2 yerə bölməyə məcbur qalır.

Məsələ ilə bağlı Zərdab rayon Təhsil şöbəsininmüdiri Lalə Əmrəliyeva Xəzər Xəbər-ə bildirdi ki, sözügedən məktəbdəki vəziyyətdan xəbərdardırlar. Məktəbdə I-III və II-IV sinif şagirdlərinin eyni sinifdə təhsil almalarına səbəb ilk növbədə şagird sayının az olmasıdır ki, bu da Təhsil Nazirliyinin müvafiq əmri əsasında təşkil olunub. Üstəlik, bu, tək Otmanoba kənd orta məktəbində deyil. Bir neçə kənd məktəbi də var ki, şagird sayının az olmasına görə siniflər birləşdirilib. Qeyd edək ki, Otmanoba kəndində bütün siniflər üzrə cəmi 40 şagird təhsil alır.

Xəbər lenti

Çox oxunanlar