Mingəçevirdə mənzildən 10 min manat dəyərində qızıl oğurlanıb.
Hadisə "Energetik” yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində şəhər sakini Arif Abdulkərimova məxsus mənzil naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Eyvandan mənzilə daxil olan şəxs və ya şəxslər oradan 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.