Xəzər Xəbər

Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var VİDEO

Veb TV | 19:19 • 3 Oktyabr 2019
Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var

26 il əvvəl məhz bu gün Ulu Öndər Heydər Əliyev ilk dəfə Azərbaycan respublikasının prezidenti seçilib. Həmin gün müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsidir. Məhz Ulu Öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan da sabitlik bərqərar oldu və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

1993-cü ilin oktyabrın 3-də Heydər ƏliyevinAzərbaycanın prezidenti seçilməsinin tarixi əhəmiyyətini dərk etmək üçün həmin dövrdə ölkənin düşdüyü vəziyyətə nəzər salmaq kifayətdir. çökmüş iqtisadiyyat, vətəndaş müharibəsinin astanasında olan dövlət, siyasi hərc-mərçilik, cəbhədə bir birinin ardınca gələn uğursuluqlar və etnik separatçıların ölkəni parçalamaq cəhdləri. Ümummilli lider heydər əliyev məhz belə bir vaxtda bu çətin məsuliyyəti üzərinə götürdü.

Amma zaman bir daha sübut etdi ki, Azərbaycan xalqı ən çətin vəziyyətindətaleyinimüdrik rəhbərinə həvalə etməkdə ən düzgün qərarı qəbul edib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə daxili və xarici təhlükələri dəf edərək Azərbaycanı parçalanmaqdan xilas etdi vəölkədə sabitliyi bərqərar etdi. Millət vəkili Siyavuş Novruzov bildirir ki, hazırda Azərbaycan dövlətinin iqtisadi əsasları, uğurlu xarici siyasətinin əsasının qoyulmasında həmin tarixin böyük önəmi var.

Baş nazirin müavini Əli Həsənov deyir ki, Heydər Əliyev hakimiyyətə gəldkdəbütün sahələrin inkişafı üçün aydın və konkret fikirlərə malik idi. Ən başlıca məsələlrdən biri də Ulu Öndərin ideylarını həyata keçirəcəkvətənpərvər və dövlətə sadiq insanların təşkilatlanması idi.

Onu da qeyd edək ki, Heydər Əliyev iyunun 15-də xalqın təkidi ilə Bakıya gəlsə də dövlət başçısı kimi məhz həmin ilin oktyabrın 3-də keçirilən ümumxalq səsverməsindən sonra fəaliyyətə başlayıb. Bununla da ulu öndər Heydər Əliyevin Azərbaycanda 10 illik hakimiyyət marafonu başlayıb. 2003-cü ilə qədər onun təşəbbüsü ilə iqtisadi sahədə, eləcə də xarici siyasət sahəsində qazanılan uğurlar hazırkı qüdrətli Azərbaycanın əsas sütunlarını təşkil edib. Məhz buna görə də ulu öndər Heydər Əliyev müasir Azərbaycanın banisi hesab olunur.

Xəbər lenti

Çox oxunanlar