Sosial şəbəkələrdə Bakı Metropolitenində dava edən sərnişinlərin görüntüsü yayılıb. İki qadın sərnişini digərləri güclə ayırır. Bu isə bir məsələni gündəmə gətirir. Sərnişinlər metropolitenin daxili qaydalarını niyə pozur və onları hansı məsuliyyət gözləyir?
Hərəkətdə olan qatada sərnişinlərin qəfil davası başlayır.Görüntülər bakı metropolitenbində lentə alınıb.
İki qadının dava etdiyini görən digər sərnişinlər onları ayırmağa çalışır.Dava edənlər isə ətrafdakılara məhəl qoymadan hətta bir birlərini təhqir də edirlər.
Sonradan isə sərnişinlərin köməyi ilə dava edənlər vaqondan çıxarılır.Elə metrodan istifadə edən sərnişinlər bəzi hallarda belə hallarla qarşılaşdığını deyirlər.
Bakı metropoliteni qapalı səhmdar cəmiyyətinin hərəkət xidmətinin rəisi etibar isayev isə bidlirir ki,hər bir sərnişin metroya daxil olan andan çıxana qədər məlumat lövhələrində metrodan istifadə qaydaları əks olunub.Birmənalı olaraq hər kəs bu qaydalara əməl etməlidir.Bununla yanaşı bütün vaqonlar metropolitan ərazisi 24 saat fasiləsiz kameralarla müşahidə olunur.
Qeyd edək ki,metropolitenə daxil olan hər bir kəs qaydalara əməl etməldiri.Qaydaları pozanlar məsuliyyyətə cəlb oluna bilər.