Xəbər verdiyimiz ki, "O Səs Türkiyə” mahnı müsabiqəsinin ilk seçim turları başlayıb.
Acun Ilıcalı müsabiqə ilə bağlı hər kəsi təəccübləndirən bir yeniliyi elan edib. Münsif üzvlərinə sürpriz edən Acun Ilıcalı bundan sonra yarışda "Münsif bloklama düyməsi" olacağını qeyd edib.
Bu düymənin funksiyası ondan ibarətdir ki, münsif üzvləri digər münsifin hansı bir iştirakçıya dönməsini istəmədiyi halda bu düymə ilə həmkarlarını bloklaya biləcək.
"Qarşınızda düymə var. Bu sizin bəlkə də çempionata gedəcək yolunuzu təyin edəcək. Bu düymə ilə rəqib münsifləri əngəlləyə bilərsiniz”.
Münsif üzvliyini keçən il olduğu kimi, Hadisə, Murad Boz, Seda Sayan və Beyazıt Öztürk edəcək./publika.az