Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında ilk məşğələlərə start verilib.
Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar paytaxtdakı 18 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Çıxış edənlər məktəbhazırlıq qruplarının 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məqsədilə yaradıldığını bildiriblər.
Qeyd edilib ki, Paytaxtdakı 264 ümumi təhsil müəssisəsində yaradılan 970məktəbəhazırlıq qrupuna 26 minə yaxın uşaq müraciət edib.
Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.