Narkomaniyadan əziyyət çəkən xəstələr hər gün dərman almaq üçün yaşayış binalarının arasındakı dispanserə gəlir , bu isə insanların narahatlığına səbəb olur. Söhbət Yasamal rayonunda 9 mərtəbli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Bakı Şəhər Narkoloji Dispanserindən gedir. Bura hər gün dərman almaq üçün gələn 10-larla xəstə sakinləri narahat edir.
Bakı Şəhər Narkoloji Dispanserin Baş həkimi Qalib Məmmədovun sözlərinə görə, həmin məntəqədə xəstələrə psixatrop maddələr verilir ki, artıq məntəqə bu həftə ərzində başqa ünvana köçürüləcək.
Qeyd edək ki, Bakı Şəhəri Narkoloji Dispanseri fəaliyyətinə əvvəlki kimi öz yerində davamedəcək və köçürüləcək məntəqənin yeni ünvanı barədə xəstələrə həftə sonuna kimi məlumat veriləcək.