Bu gündən əhalinin siyahıya alınmasına başlanılıb.Sorğu vərəqələrisəfirlik və konsulluqlara da göndərilib. Dövlət statistika komitəsinin sədri Tahir Budaqov statistik göstəricilərlə bağlı rəqəmləri də açıqlayıb
Oktyabr ayının 1-dən 10-dək əhalinin siyahıyaalınması aparılacaq.
Bu barədə jurnalistlərlə keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov məlumat verib.Komitə sədri bildirib ki,bu dəfə həyata keçirilən əhalinin siyahıya alınması prrosesi 2 hissədən ibarət olacaq -həm mənzil fondu, həm də insanlar siyahıya alınacaq.Mənzil fondunun siyahıya alınması üçün hər bir təsərrfüfatda siyahıyaalma vərəqəsi doldurulacaq
Xaricdə yaşayan azərbaycanlıların prosesdən kənarda qalmaması üçün səfirlik və konsulluqlarımıza da sorğu vərəqələri göndərilib.Komitə sədristatististik göstəricilərlə bağlı rəqəmləri də açıqlayıb.O, bildirib ki,son 15 ildə ümumi daxili məhsul istehsalı 3,3 dəfə artıb.Qeyri neft sektoru üzrə isə bu rəqəm 2,8 olub.Sənaye mehsulu ıstehsalı 2,6 dəfə ,o cümlədən qeyri-neft qaz sənayesı üzrə 2,4 dəfə artıb.Dövlət büdcəsinin gəlirləri və xərcləri isə 18,4 dəfə artıb.
Statistik göstəricilərə əsasən son 10 ildə ölkəmizdə insanların sayı 12,1 faız artıb.