Diqqət və qayğıya möhtac nənə və babalarömürlərinin bu çağını ailələrindən uzaqahıl yoldaşları ilə birlikdə qocalar evində keçirirlər. Bugün onların günüdür. Beynəlxalq ahıllar günü. Baş nazirin müavini əli əhmədov və bir sıra hökümət rəsmiləri ahıllarla görüşüb , onların problemləri ilə maraqlanıblar
Gözləri yolda, qulaqları isə səsdədir. Onlar tərk edilsələr də yenədə övladlarından gələcək xəbəri gözləyirlər.
Lakin nə qapılarının açan var, nədə ki hal əhval tutan...
Bu ahılların hamısı qoclar evinin sakinləridir.Bəziləri 5 bəziləri isə 15 ildir ki,burada qalır.Hər birinin isə fərqli ürək dağlayan hekayəsi var. Övladları tərəfindən tərk edilsələr də yenədə uşaqları haqqında nəsə demək istəmirlər.Çünki onların qəlbindəki övlad sevigisini silmək, o qədər dəasan deyil.
Bu gün onların günüdür. Beynəlxalq Ahıllar Günü ilə əlaqədar olaraq Müharibə və əmək əlilləri üçün pansionatda bayram şənliyi təşkil olunub.Tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər qonaqlar iştirak ediblər.
Əli Əhmədov bildirib ki, ölkəmizdə həssas qruplardan olan vətəndaşlara daim diqqət və qayğı göstərilir.Dövlət himayəsində yaşayan ahıl insanların normal yaşayış şəraiti, sosial müdafiəsi təmin olunub.
Daha sonra tədbir musiqili proqramla davam edib.