Ali məktəb dərslikləri ilə bağlı tələbələr həyəcan təbili çalır. Onlar kitabların baha olduğunu bildirirlər. Tələbələrin sözlərinə görə dərsliklərin yüksək qiymətə satılması onlara bir sıra çətinliklər yaradır
Kitab satışı ilə məşğul olanlar deyir ki, ali məktəb dərsliklərinin qiymətinə müdaxilə edə bilmirlər. Müəlliflər özləri istədikləri qiyməti təyin edir.
Təhsil eksperti, Təhsil Nazirliyin yanında İctimai Şuranın üzrü Şahlar Əsgərov qeyd edib ki, ali məktəb dərsliklərinin qiyməti həqiqətən də narahatedicidir. Onun sözlərinə görə bu sahədə boşluq olduğundan müəlliflər vəziyyətdən istifadə edirlər. Ekspertin sözlərinə görə problemi həll etmək üçün alternativ dərsliklər yazılmalıdır. Ali məktəblər müəyyən məqamda tələbələrə kömək edə bilərlər.
Ekspert əlavə edib ki, ali məktəblərlə yanaşı təhsil nazirliyi də maliyyələşmədə iştirak edə bilər.
Ekspert bildirib ki, təkliflər dəyərləndirilməsə tələbələrin kitab qayğıları davam edəcək.