Qubanın Nügədi kənd sakinin başına qəribə hadisə gəlib. Bizneslə məşğul olmayankənd sakini 49 milyon vergi borcu olması haqda bildiriş alıb. Elxan Balayevin dediyinə görə , o heç vaxt Şəmkirdə olmayıb.Sonradan məlum olub ki, onun adına həmin rayonda dövriyyəsi milyonlarla manat olan5 böyük şirkət var.
200 manat maaşa gözətçi işləyən Quba sakininin 49 milyon manat vergi borcu var.
Qubanın Nügədi kənd sakini Elxan Balayev deyir ki, iki il əvvəl ona vergi borcu olduğunu bildiriblər. Məbləği öyrəndikdə isə gözlərinə inanmayıb.
Elxan deyir ki, 4-5 il bundan əvvəl qardaşı ilə birlikdə bir müddət Bakıda və Sumqayıtda tikintidə işləyiblər. Rayona qayıtmazdan iki il əvvəl Şıxov ərazisində gündəlik 20 manat müqabilində muzdlu fəhlə işləyərkən şirkətin rəhbəri bir neçə fəhlənin şəxsiyyət vəsiqəsini tələb edib. O zaman vəsiqələrin sənədləşmə işi üçün lazım olduğunu bildiriblər. Həmin vaxt Elxan şirkətin gözətçisi işləyib. Elxana 49 milyonluq borc bildirişi gəldikdən bir müddət sonra isə eyni yerdə işləyən qardaşına da 2 milyon manat borcu olduğu haqda daha bir bildiriş gəlib.
Elxan Balayev deyir ki, Şəmkirdə adına açılan şirkətlərin kağız üzərində dövriyyəsi milyonlarla manat olub. Amma indi həmin şirkətlərdən əsər əlamət yoxdu. Qardaşların borcu isə günü gündən artır.
Elxan Balayev aidiyyatı qurumlara məsələnin araşdırılması ilə bağlı müraciət edib. Faktla bağlı araşdırma aparılır.