Xəzər Xəbər

İnsanları "işlə təmin edən" dələduzlar saxlanıldı VİDEO

Veb TV | 18:52 • 1 Oktyabr 2019
İnsanları "işlə təmin edən" dələduzlar saxlanıldı

Bakıda yüzlərlə vətəndaşı işə düzəltmə adıyla aldadaraq xeyli miqdarda pulunu mənimsəyən 2 nəfər saxlanılıb. Onlar vətəndaşlara özlərini dövlət idarəsinin rəsmisi kimi təqdim edib, külli miqdarda pul mənimsəyiblər.

Özlərini Neft Şirkətinin rəsmisi kimi təədim edib vətəndaşları aldadan şəxslər tutulub.

Daxil olan vətəndaş müraciətləri əsasında Nəsimi Rayon 19-cu polis şöbəsinin əməkdaşları əməliyyat nəticəsində Bakı şəhər sakini 32 yaşlı Mahmud Şərifov və Masallı sakini əvvəllər məhkum olunmuş 32 yaşlı Süracİsmayılov saxlanılıblar. Məlum olub ki, onlar özlərini Elçin və Xaliq kimi təqdim edərək vətəndaşları Dövlət Neft Şirkətinə sürücü vəzifəsinə işə düzəltmək adıyla aldadıblar. Özlərini Dövlət neft şirkətinin rəsmisi kimi təqdim edərək yüzlərlə vətəndaşdan müxtəlif məbləğlərdə pul alıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər vətəndaşlardan pulu həm nağd, həm də şəxsi hesablarına ödəmək yolu ilə alıblar. İlkin məlumata görə, aldadılan sakinlərə ümumilikdə 10 min manatdan çox ziyan dəyib. Faktla bağlı onlar barəsində cinayət işi başlanıb.

Xəbər lenti

Çox oxunanlar