"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib". Bunubaş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Baş prokuror bundan başqa Gəncə hadisələri, AXCP-sədrnin sabiq müavini Fuad Qəhrəmanlı və millət vəkili Rafael Cəbrayılov ilə bağlıməsələlərdən də danışıb.
Qadın və uşaq hüquqlarını müdafiə edən bəzi qeyri-hökumət təşkilatları AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi dərin işgəncələr, ağır xəsarətlər yetirilməsi ilə bağlı onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ediblər.
Bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə,həmin müraciət hazırda Baş Prokurorluqda baxılma mərhələsindədir.
Zakir Qaralov Gəncə hadisələrinin cinayət işlərindən də danışıb. O bildirib ki, Gəncə şəhərinin keçmiş icra başçısına qarşı terror aktını törədən və həmin terror aktını dəstəkləyənlər kütləvi iğtişaşlar törətmək istəyən dini-radikal qüvvələrdir.
Baş Prokuror son günlər gündəmdə olan millət vəkili Rafael Cəbrayılovun aldığı borca da münasibətg bildirib. O,bildirib ki, Rafael Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq.
Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib. Baş prokuror bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib. Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur. Bu arada bu gün prokurorluq işçilərinin peşə bayramıdır. Baş prokuror Zakir Qaralov və prokurorluğun əməkdaşları fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət ediblər.