Tanınmış Hollivud aktyoruTom KruzUkraynanın paytaxtı Kiyev şəhərinin metrosundan istifadə edib.
"Fakty.ua” xəbər verir ki, aktyoru "Qızıl qapılar” metro stansiyasında görüblər.
Tom Kruzu stansiyada mühafizəçilər və nümayəndə heyəti müşayiət edib.
Kinoulduzla foto çəkdirməyə icazə verilməyib. Buna baxmayaraqsərnişinlər bir neçə foto vəvideoçəkməyə nail ola biliblər.
Aktyoru Ukrayna prezidentinin köməkçisi Andrey Yermak müşayiət edib. Şahidlərin bildirdiyinə görə, qonaqlar çəkiliş üçün yer müəyyənləşdiriblər.