Moskvanın Domodedovo hava limanında tülkü peyda olub.
"Life” xəbər verir ki, baqaj lentində azan heyvanı sərnişinlər lentə alıblar.
Tülkü terminalda bir neçə dəqiqə ora-bura qaçandan sonra hava limanını tərk edib və daha gözə görünməyib.
Üç il bundan əvvəl aeroport ərazisində əməkdaşlar iki tülkü balasını tapıb vəhşi heyvanların reabilitasiyası mərkəzinə təhvil veriblər.