Milli Məclisin payız sessiyasının ilk iclası dövlət himninin oxunması ilə başladı...
Daha sonra çıxış edən milli Məclisin spikeri Oqtay Əsədov gündəliyə keçməzdən öncə son günlər mediada adı hallanan millət vəkili Rəfael Cəbrayılovla bağlı məsələnin parlament tərəfindən araşdırıldığını dedi.
Daha sonra müraciəti səsləndirən parlamentin hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitəsinin sədri Əli Hüseynli deputatın könüllü surətdə vəzifəsindən istefa verdiyini bildirdi.
Daha sonra gündəlikdə məsələlərin müzakirəsinə başlanıb. Bu zaman çıxış edən millət vəkili Əli Məsimli təhsil kreditlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, bələdiyyə seçkilərində namizədlərin qeydə alınması prosedururnun sadələşdirilməsini təklif edib. O bildirib ki, indi bələdiyyə seçkilərində namizədlər prezident seçkilərindəki namizədlərlə demək olar ki eyni sayda sənəd toplamalıdır. Bələdiyyə seçkilərində namizədlərin sayınınçoxluğu və prosesin asanlaşdırılması baxımından prosedurun sadləşdirilməsi vacibdir.