Xəzər Xəbər

ŞAD XƏBƏR: 1298 tələbə pulsuz təhsil alacaq - VİDEO

Veb TV | 19:07 • 30 Sentyabr 2019
ŞAD XƏBƏR:

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Buna görə də müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrın arasında onlarin topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.

1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldəetdi.

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb.Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadənin sözlərinə görə, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələrın arasında onlarin topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən ödənişsiz təhsil almaq hüququ əldə edən tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Xanlar Xanlarzadənin sözlərinə görə, bu siyahıda olan universitetə ödəniş edən tələbələr həmin təhsil müəssisəsinə müraciət edib,dədikləri məbləği geri ala bilərlər.Qeyd edək ki, 2019/2020-ci tədris ili üçün keçirilən qəbul imtahnlarında ümumilikdə 43 min 480 abituriyent tələbə adını qazanıb.

Xəbər lenti