Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunda Azərbaycan Respublikası vətəndaşının adınaABŞ-dan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada təmiz çəkisi 27,626 qram olan narkotik vasitə - marixuana aşkar edilib.
Qeyd edək ki, təmiz çəkisi 27,626 qram olan marixuana "paltar, şirniyyat, dərman" kimi bəyan olunan poçt bağlamasında, işlənmiş geyim əşyalarının arasında aşkar edilib.
Ədliyyə NazirliyiMəhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, aşkar edilən narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanan qurudulmuş marixuanadır. Marixuana "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.