Bakıda kişi ağır cinayət törədib. O, bir nəfəri öldürüb, iki nəfəri isə ağır yaralayıb.
Ağır cinayət ötən gün paytaxtın Suraxanı rayonu Bülbülə qəsəbəsi 3-cü mədən küçəsində baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 51 yaşlı Aqşin Quliyev yaşadığı evdə tanışı, 47 yaşlı Ilham Həşimova çoxsaylı bıçaq xəsarətləri yetirib. Meyitin müayinəsi zamanı onun sinə və qarın nayihələrindən çox saylı yaralar aşkarlanıb. O, daha sonra Ilham Həşimovun boğazını da kəsib.
Iddialara görə, Aqşin Quliyev həmin şəxsi həyat yoldaşı ilə münasibəti olduğu üçün qətlə yetirib. Hadisədən sonra Aqşin Quliyev cinayət yerindən qaçıb və Binəqədi rayonuda Fizuli Şirinovun evinə daxil olaraq, ona və oğlu Elçin Şirinova bıçaqla xəsrət yetirib. Hər iki yaralı kliniki tibbi mərkəzə yerləşdirilib. Fizuli Şirinovun vəziyyəti ağır qiymətləndirilir. Hadisədən sonra Aqşin Quliyev saxlanılaraq istintaqa təhvil verilib. Ancaq prokurorluqdan bildirilib ki, saxlanılan şəxsin ifadəsi qadının xəyanət etməsi faktını təsdiqləmir. Bəzi məlumatlara görə, həmin şəxsin psixoloji problemləri olub və bununla əlaqədar qadın uşaqlarını götürüb, evdən gedibmiş. Faktla bağlı cinayət işi başlanılıb. Iş materialları araşdırılmaq üçün bakı şəhər prokurorluğuna təhvil verilib.