Xəzər Xəbər

Volfqanq Maniq - Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir - VİDEO

Veb TV | 18:54 • 30 Sentyabr 2019
Volfqanq Maniq -

''Azərbaycan bizim üçün strateji əhəmiyyətli ölkədir". Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib. O Azərbaycanın Almaniyanın enerji təhlükəsizliyində rol oynadığını da əlavə edib. Səfir Dağlıq Qarabağ münaqişəsindən də danışıb, tərəflərin danşıqlar prosesində iştirak etməsini müsbət addım adlandırıb.

Səfir 2020-ci ilədək Almaniyanın BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyini və bu struktur çərçivəsində də Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışacaqlarını bildirib. Eyni zamanda 2020-ci ilin yayında Almaniya Avropa İttifaqına, payızında isə Avropa Şurasına sədrlik edəcək və bu təşkilatlarla da əlaqələrin genişlənməsinə çalışacaqlarını bildirib. Eyni zamanda o bildirib ki, Almaniya Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir.

Səfir hazırda Almaniyada 25 min Azərbaycanlının yaşadığını və 1400 Azərbaycanlı tələbənin bu ölkədə təhsil aldığını da bildirib.

Xəbər lenti

Çox oxunanlar