Xəzər Xəbər

Bakıda iş axtaranlar bir araya toplaşıb - 65 müəssisədən 377 boş iş yeri təklif olunub - VİDEO

Veb TV | 18:44 • 26 Sentyabr 2019
Bakıda iş axtaranlar bir araya toplaşıb -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Dövlət Universitetində "Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.


Xezerxeber.az xəbər verir ki, tədbirdə tələbə və məzunlara yiyələndikləri ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib, onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı yaradılıb. Tədbirin keçirilməsinin əsas məqsədi işəgötürənlərlə yuxarı kurs tələbələrini bir araya gətirmək, əmək fəaliyyətinə başlamaq istəyən gəncləri əmək bazarının mövcud iş imkanları ilə tanış etməkdir.

Tədbirdə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu ilin səkkiz ayı ərzində işlə təmin olunanların 14 min 56 nəfəri, peşə hazırlığı kurslarına cəlb edilənlərin 465 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunanların isə 7 min 945 nəfəri gənclərdən ibarət olub. 

Tədbirdə tələbə və məzunlara 65 müəssisədən, ümumilikdə 377 boş (vakant) iş yeri təklif olunub.


Gənclər işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.


Bu il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar