Xəzər Xəbər

Abşeronda gölün ətrafı heyvan sümükləri ilə dolub - Sakinlər narahatdır - VİDEO

Veb TV | 20:12 • 26 Sentyabr 2019
Abşeronda gölün ətrafı heyvan sümükləri ilə dolub -

Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsindəki gölün ətrafı at başları və sümüklərilə doludur.

Xezerxeber.az-ın məlumatına görə, naməlum şəxslər tərəfindən atılan at və digər heyvanlara məxsus leşlər yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlər bildirir ki, gölün qırağı sanki at qəbiristanlığı təsəvvürü yaradır. Müxtəlif heyvan dəriləri və at sümüklərini bir metrdən bir görmək mümkündür. Gecələr naməlum şəxslər əllərinə nə keçirsə gətirib bura atır. Üfunətdən isə ərazidən keçmək mümkün deyil.

Yaxınlıqda fəaliyyət göstərən dəri sexindən çıxan çirkab sular və tullantılar da bu gölə axıdılır. Hətta bəzi yararsız dərilər də həmin gölün ətrafına atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

Məsələ ilə bağlı Abşeron rayonu, Aşagı Güzdək qəsəbəsinin icra nümayəndəsi Akif Şükürov "Xəzər Xəbər"ə bildirdi ki, gölün ətrafına baxış keçirilib. Ərazinin çirklənməsi, sümüklərin atılması ilə bağlı toplanan materiallar hüquq mühafizə orqanlarına təqdim edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar