Xəzər Xəbər

Neft Fondu riskli aktivləri artırmaq istəyir - VİDEO

Veb TV | 19:26 • 26 Sentyabr 2019
Neft Fondu riskli aktivləri artırmaq istəyir -

Dövlət Neft Fondu öz portfelində riskli aktivləri daha da artırmaq niyyətindədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.

O, hazırda fondun aktivlərinin həcmini də açıqlayıb.

Dövlət Neft Fondunun icraçı direktoru indiyədək fondun investisiya qoyduğu sahələri və vəsaitlərin idarə olunmasından əldə etdiyi gəlirlərdən də danışıb.

Bu arada, Dövlət Neft Fondunun 20 illik fəaliyyətinə həsr olunan "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfrans keçirilib. Konfransda aparıcı suveren fondların, pensiya fondlarının, beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri, beynəlxalq ekspertlər, dövlət qurumlarının, özəl sektorun, bir sıra universitetlərin təmsilçilərindən ibarət 200-dək şəxs iştirak edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024