Xəzər Xəbər

Ermənistanın məqsədi danışıqların pozulmasına nail olmaqdır - AÇIQLAMA - VİDEO

Veb TV | 19:42 • 26 Sentyabr 2019
Ermənistanın məqsədi danışıqların pozulmasına nail olmaqdır -

Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq. İlk dəfə deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, məqsəd danışıqlar prosesinə ziyan vurmaq, ümumiyyətlə danışıqların pozulmasına nail olmaqdır.

Baş nazirin müavini qeyd edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon ilk partiya təşkilatlarının rəhbərləri və üzvlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. Tədbirdə çıxış edən Əli Əhmədov bildirib ki, həyata keçirilən islahatlar, xüsusilə iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, bütövlükdə Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə böyüməsi üçün imkanlar yaradıb.

Əli Əhmədov partiyanın fəaliyyətindən də danışıb.

Tədbir çərçivəsində rayonda bir qrup fəal gənclə də görüşülüb. Görüşdə gənclərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024