Xəzər Xəbər

Dron vasitəsilə həbsxanaya narkotik və mobil telefon keçirdilər - ŞOK VİDEO

Veb TV | 15:53 • 26 Sentyabr 2019
Dron vasitəsilə həbsxanaya

Həbsxanada görülən bütün tədbirlərə rəğmən, məhkumlar içəriyə mobil telefon və narkotik maddə keçirməyin yeni yollarını tapıb.

ABŞ-dakı həbsxanaların birinə dron vasitəsilə narkotik maddə və mobil telefonlar keçirilib.

Bu hadisənin görüntülərini polis yayıb. Görüntülərdə məhbusların birinin diqqətlə havaya baxdığı, havadan həbsxanaya atılan telefon və narkotik maddəni pencəyi ilə tutmağa çalışdığı görünür. Məhkum təhlükəsizlik kameralarına düşməmək üçün pencəyini havadan atılan narkotik və mobil telefonların üstünə atır. Sonra isə aradan çıxır.

Polis bəyan edib ki, həbsxanaya dron vasitəsilə narkotik maddə və telefonların kim tərəfindən atıldığını müəyyən edə bilməyib./teleqraf

Xəbər lenti

Çox oxunanlar