Tarixinin ən böyük siyasi və iqtisadi böhranını yaşayan Venesuela ilə ABŞ arasındakı gərginlik ötən gün BMT Baş Assambleyasına da əks olunub.
ABŞ prezidenti Donald Tramp assambleyanın 74-cü sessiyasındakı çıxışı zamanı Venesuela məsələsindən danışarkən salonda diqqətlər həmin ölkənin təmsilçisinə çevrilib.
Venesuela təmsilçisi isə Trampı dinləmək əvəzinə kitab oxumağa başlayıb. Onun əlindəki kitab"Bolivar hero, genio y pensamiento universal” (Bolivar savaşçı, dahi və dünyəvi düşünür”) olub.
Bu kitab Cənubi Amerika tarixi üçün xüsusi əhəmiyyətə sahib Simon Bolivardan bəhs edir. Kitabın üz qabığında 1819-cu ildən 1930-cu ilə qədər Venesuela, Boliviya və Peruya başçılıq edən Bolivarın fotosu yer alıb./publika.az