Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi zamanı xəsarət alanların sayı 56-ya qədər artıb.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda İstintaq Komitəsindən bildirilib.
"Aeroportun tibbi-sanitar şöbəsinə yardım üçün müraciət edənlərin sayı 56 nəfər təşkil edib, bir sərnişin xəstəxanadadır”, - agentliyin həmsöhbəti deyib.
Qalan sərnişinlər evə baxılıb.
Qeyd edək ki, çərşənbə günü axşamı "Azur Air” aviaşirkətinə məxsus "Boing 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Nəqliyyat Nazirliyinin məlumatına görə, Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin, həmçinin ekipajın on üzvü olub.
***
Rusiyanın Barnaul şəhərində təyyarə qəza enişi edib.
"RİA-Novosti" agentliyi xəbər verir ki, hadisə nəticəsində 23 sərnişin xəsarət alıb.
"Azur Air” aviaşirkətinə məxsus "Boinq 767-300” təyyarəsinin şassiləri eniş zamanı alovlanıb. Vyetnamdan gələn təyyarənin göyərtəsinə 331 sərnişin olub. Hadisə nəticəsində 23 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır./publika.az