Xəzər Xəbər

Cəlilabadda səhlənkarlıq evin yanmasına səbəb oldu - xəsarət alanlar var - VİDEO

Veb TV | 18:57 • 25 Sentyabr 2019
Cəlilabadda səhlənkarlıq evin yanmasına səbəb oldu -

Cəlilabadda qaz sobasının üstündə yaddan çıxan çaynik evin yanmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Üçtəpə kəndində qeydə alınıb.

Ev sahibi Maarif Təhməzovun bildirdiyinə görə, səhər tezdən çayniki qaynatmaq üçün qaz sobasının üstünə qoyan həyat yoldaşı sonradan onu unudub. Alovun üstündə uzun müddət qalan çaynik alışaraq yanmağa başlayıb. Yanğın baş verərkən yuxuda olduqlarını bildirən ev sakinləri oyanarkən mətbəxtin alışdığını görüblər. Hadisə yerinə Cəlilabad rayon yanğından mühafizə bölməsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək digər otaqlara keçməsinin qarşısı alınıb. Evin mətbəx hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı ailənin üç üzvü- Samir, Sevda və Sahib Təhməzovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti