Xəzər Xəbər

Tovuzda şagirdi "tok" vurub - VİDEO

Veb TV | 18:54 • 25 Sentyabr 2019
Tovuzda şagirdi "tok" vurub -

Tovuzda şagirdi elektrik cərəyanı vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə yeniyetmənin oxuduğu Bozalqanlı kənd tam orta məktəbinin ərazisində qeydə alınıb.

7-ci sinif şagirdi Kamil Əhmədov yüksək gərginlikli elektrik paylayıcı şəbəkəsinin mühafizə hissəsinə girərkən onu cərəyan vurub. Bədəninin qarın və qol nahiyəsindən ağır yanıq xəsarətləri alan şagird ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məktəbliyə ilkin yardım göstərilib və paytaxta yanıq mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az məktəbin direktoru Nüsrət Quliyevin hadisə ilə bağlı açıqlamasını təqdim edir:


Xəbər lenti

Çox oxunanlar