Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, metronun ''20-yanvar'' stansiyasının qarşısındakı taksi sürücüləri qaydalara əməl etmirlər.
Ərazidə dayanma və durma qaydasını qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar. Nəticədə də işiqforun hər zaman sağa dönməyə icazə verən zolağı bağlanır.
Xezerxeber.az-ın məlumatına görə, işıqfor hər zaman sağa dönməyə icazə versə də, taksi sürücüləri buna mane olur.
Görüntünü sürücülərdən biri metronun ''20-yanvar'' stansiyasının qarşısından çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Sürücü iddia edir ki, Moskva prospekti ilə gələn sürücülərə işıqfor sağa, yəni Müzəffər Həsənov küçəsinə doğru hərəkət etməsinə icazə verir. Amma ərazidə dayanan taksi sürücüləri buna mane olur.
Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki, sürücülər avtomobilin yolun kənarında park ediblər. Halbuki ərazidə dayanma və durma qaydalasını qadağan edən nişan da var. Sürücülər yer olmadığından həmin ərazidə məcbur qalıb saxladıqlarını deyirlər.
Amma həmin taksi sürücüləri işıqforun sağa açıq olan yolunu zəbt etməsələr də, Sumqayıt və Abşeron istiqamətindən gələn taksi sürücüləri sərnişinləri məcbur qalıb yolun hərəkət hissəsində saxlayırlar. Belə olduqda da yolun bir zolağı bağlanır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, metronun ''20-yanvar'' stansiyasının ətrafı ilə bağlı işlər görülür. Mərhələli şəkildə həmin əraziyə də kameralar qoyulacaq, dayanma və durma qaydasını pozan sürücülər cərimə olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: