Xəzər Xəbər

Şəhərlərarası sərnişin daşınmasında gecə reysləri bərpa olunur - VİDEO

Veb TV | 19:28 • 25 Sentyabr 2019
Şəhərlərarası sərnişin daşınmasında gecə reysləri bərpa olunur -

Oktyabrın 1-dən Azərbaycanda şəhərlərarası sərnişin daşınmasında gecə reyslərinə başlanılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib.

Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iritutumlu, müasir, komfortlu avtobuslarlarla uzun fasilədən sonra ilk gecə reysləri xidmətə başlayacaq. Əhalinin gecə vaxtı həyata keçirilən şəhərlərarası sərnişin daşımalarına olan tələbatının təmin edilməsi və bu sahədə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə gecə reyslərinin yenidən bərpasına dair sərnişin müraciətləri nəzərə alınaraq Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Nazirlər Kabinetinə təqdim etdiyi təklifə razılıq verilib.

Qərara əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması, reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair tapşırıq Bakı Beynəlxalq Avtovağzal Kompleksinə verilib və artıq müvafiq müqavilələr bağlanıb.

Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar