Yevlaxın Ərəbbəsrə kənd sakini Vidadi Şöyübov çalaq yolu ilə yeni üzüm sortu əldə edib. O, texniki üzüm sortunu digər sortla calaq edərək istədiyi nəticəni ala bilib.
Xezerxeber.az-ın məlumatına görə, təsərrüfat sahibinin sözlərinə görə, bu yolla aldığı üzüm sortu məhsulardarlığı və gilələrinin böyüklüyü ilə seçilir.
Salxımı iri, gilələri böyük olan yeni məhsul alıcılarda şübhəyə səbəb olur. Kimisi üzümün geni dəyişildiyini, kimisi də bolluca kübrə verilməklə yetişdirildiyini zənn edir. Bu səbəbdən alıcı qıtlığı da yaşanır.
Hazırda sahədə 3 tondan artıq "Qaraburnu" sortundan olan məhsul var. Sözügedən üzümün bazarlarda kiloqramı 1-1 manat 50 qəpiyə satılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: