Xəzər Xəbər

Əli Həsənov: YAP gələcək Azərbaycan üçün yaradılıb - VİDEO

Veb TV | 19:02 • 25 Sentyabr 2019
Əli Həsənov: YAP gələcək Azərbaycan üçün yaradılıb -

Yeni Azərbaycan Partiyası gələcək Azərbaycan üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. O, xalqı xilas etdi. Bu gün Azərbaycan inkişaf etmiş dövlətdir, insanlarımızın dünyaya çıxışı var.

Xezerxeber.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov Sumqayıtda partiya fəalları qarşısında çıxışı zamanı deyib.

YAP sədrinin müavini son 15 ildə görülən işlərdən danışaraq bildirib ki, dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi artım, inkişaf yoxdur.

Əli Həsənov bildirib ki, cari ildə həyata keçirilən sosial islahatlar nəticəsində ölkəmizdə əməkhaqları, təqaüdlər, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, 102 yeni qəsəbə inşa edilib, 300 minə yaxın insan yeni mənzilə köçüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti