Xəzər Xəbər

Azərbaycan ABŞ-a 8 milyard dollardan çox investisiya yatırıb - VİDEO

Veb TV | 19:46 • 25 Sentyabr 2019
Azərbaycan ABŞ-a 8 milyard dollardan çox investisiya yatırıb -

ABŞ bu günə qədər Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan çox sərmayə qoyub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərində keçirilən "2019 Xəzər Biznes Forumu"nda deyib.

Nazir bildirib ki, Azərbaycan da Birləşmiş Ştatlara 8 milyard dollardan çox investisiya yatırıb.

Elmar Məmmədyarov vurğulayıb ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarının Cənub Qaz Dəhlizinə davamlı dəstəyini ifadə edib.

Nazir onu da qeyd edib ki, Azərbaycanda 2021-2025-ci illəri əhatə edən daha dərin iqtisadi islahat proqramının hazırlanmasına başlanılıb. Əlverişli iş mühiti və məqsədyönlü islahatlar biznes və investorlar üçün əlavə imkanlar təmin edəcək. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı hökumətin əsas uzunmüddətli hədəflərindəndir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar