Xəzər Xəbər

Ağdaşda çəltik yığımına başlanılıb - VİDEO

Veb TV | 20:56 • 25 Sentyabr 2019
Ağdaşda çəltik yığımına başlanılıb -

Ağdaşda aprel-may aylarında əkilən çəltik hazırda biçilir.

Xezerxeber.az-ın məlumatına görə, çəltik toxumunun səpini aparıldıqdan sonra sahələrə su buraxılır. Üç aydan çox su içində qalan çəltik tam yetişdikdən sonra sahələrə su verilişi dayandırılır və sentyabrda torpaq quruduqdan sonra biçin aparılır.

Ağdaşlı fermerlər bildirir ki, texnika sarıdan çətinlik olsa da, çəltik əkini sərfəlidir.

Bu təsərrüfatlarda çəltikçilər hər hektardan 25-30 sentner məhsul götürürlər. Məhsul yığılandan sonra çəşidlərə ayrılır.

Çəltikçiliyin müsbət xüsusiyyətindən biri də odur ki, daim su içində yetişən bu bitki torpaqların şoranlaşmasının qarşısını alır. Rayonun Yenicə, Şordəhnə, Güvəkənd, Cardam, Ovculu, Mürsəl, Aşağı Ləki, Məşəd, Nemətabad və Hapıtlı kəndlərində çəltik əkilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar