Xəzər Xəbər

Mourinyo xanım aparıcını rəzil etdi VİDEO

Veb TV | 15:43 • 25 Sentyabr 2019
Mourinyo xanım aparıcını rəzil etdi

İtaliyanın Milan şəhərində keçirilən FIFA-nın "The Best" mükafatının təqdimetmə mərasimində maraqlı hadisələr baş verib.


Bunlardan birinin qəhrəmanı Joze Mourinyo olub.


Portuqaliyalı mütəxəssis ona mikrafon uzadan xanım aparıcıya qısa açıqlama verib. Xanım daha bir sual vermək istəyərkən onun yanından uzaqlaşıb. Çaş-baş qalan aparıcı "Amma burda mənim yanımda qalmalısız, niyə getmək istəyirsiz?" deyib.


Mourinyonun cavabı isə "Burda mənim kimi işləməyən Fabio Kapello və başqa mütəxəssislər də var. Amma mən mükafata namizədəm" olub. Bunları deyən mütəxəssis onun yanından uzaqlaşıb.


Qeyd edək ki, "İlin futbolçusu" seçilən Lionel Messi də aparıcının müsahibə istəyinə yox cavabı verib.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar