Xəzər Xəbər

Ronaldo oynamadı, "Yuventus" zirvəni ələ keçirdi VİDEO

Veb TV | 14:19 • 25 Sentyabr 2019
Ronaldo oynamadı, "Yuventus" zirvəni ələ keçirdi

İtaliya A Seriyasında V tura start verilib.


İlk oyun günündə "Yuventus" "Breşiya"nın qonağı olub. Kriştiano Ronaldonun oynamadıığı oyunda Turin klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.


"Yuventus" Con Kansellorun avtoqoluna və Miralem Pyaniçin qoluna sevinib. "Breşiya"nın qoluna isə penaltidən Alfredo Donnarumma imza atıb.


Qeyd edək ki, "Yuventus" bu qələbə sayəsində xallarını 13-ə yüksəldib və birinci pillləni ələ keçirib. Bir oyun az keçirən "İnter" isə 12 xalla ikinci pilləyə düşüb. Milan klubu bu gün "Latsio"nu qəbul edəcək.

"Breşiya" - "Yuventus" - 1:2

Qollar: Alfredo Donnarumma, 4 - Con Çansellor, 40 (avtoqol) , Miralem Pyaniç, 63

Xəbər lenti

Çox oxunanlar