Xəzər Xəbər

Ekspert açıqladı: Bu zəlzələ xalq üçün şok ola bilər - VİDEO

Veb TV | 12:55 • 25 Sentyabr 2019
Ekspert açıqladı:

İstanbulda baş verən 4.7 ballıq zəlzələ xoşbəxtlikdən dağıntı və insan itkisinə səbəb olmasa da, şəhər əhalisi və bütün Türkiyədə təşvişə səbəb olub. Zəlzələdən sonra sözügedən seysmik fəallığın "Böyük İstanbul zəlzələsi”nin xəbərçisi olub-olmaması məsələsi Türkiyədə geniş müzakirəyə çıxarılıb.

Məsələ ilə bağlı Türkiyənin "CNN Türk” nəşri zəlzələ proqnozları ilə məşhurlaşan hollandiyalı mütəxəssis Frank Hugerbitsin fikrini öyrənib.

"Bu sabah İstanbuldakı 4.7 ballıq zəlzələ bölgənin seysmik cəhətdən fəal olduğunu bizlərə xatırladır. Bundan əvvəl Kritdə 5.7 və Egey dənizində 5.6 bal gücündə zəlzələlər meydana gəlir. Bunlara əsasən seysmik narahatlığın artdığını görə bilirik. Bunlar qısa müddətdə 6 baldan artıq seysmik fəallığa səbəb ola bilər. Xüsusən Yunanıstan, adalar və Türkiyənin qərbi mənim fikrimcə gözləmə mövqeyindədir. Zəlzələ xalq üçün şok ola bilər, ancaq bəhs edilən böyük zəlzələ də dərhal baş verməyə ilər. Çünki 1999-cu ildəki böyük zəlzələ yalnız 20 il əvvəl meydana gəlib. Bu səbəbdən Anadolu seysmik bölgəsinin orta və şərq kəsiyində qısa müddətdə 7 ballıq bir zəlzələnin olması riskini ehtimal daxilində görürəm. Çünki böyük zəlzələrin bu bölgədə meydana gəlməsindən bu yana 70 ildən artıq keçib. Bu da riski artırır”, - Hugerbits bildirib./Axar.az

Xəbər lenti

Çox oxunanlar